"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin Sportnet.az-a müsahibəsi...
- Yola saldığımız turda "Qəbələ” ilə qarşılaşdınız və bərabərə qaldınız. Nəticə sizi qane etdi?
- Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Ancaq "Qəbələ” ilə matçda qalib gəlməyi çox istəyirdik. Qol imkanlarımız çox oldu, ancaq istifadə edə bilmədik.
- Qalib gəlsəydiniz çempion böyük ölçüdə müəyyənləşəcəkdi...
- Bəli, qalib gəlsəydik çempionluğa daha yaxın olardıq.
- "Qarabağ”ın çempionluq şansını necə dəyərləndirirsiniz?
- Rahatlaşmamalıyıq, futbolda hər şey bir anda dəyişir. Ona görə bütün oyunlara qələbə üçün çıxacağıq.
- "Qəbələ” qarşıdakı turda "Kəpəz”lə oynayacaq. Səncə, Gəncə təmsilçisi əsas rəqibinizdən xal ala bilər?
- Biz daha çox öz oyunumuza köklənib, qalib gəlməyə çalışacağıq. "Qəbələ”nin xal itirməyini gözləməyəcəyik. Ancaq Gəncə səfəri hər bir komanda üçün ağır olur.
- "Qarabağ”ın isə növbəti turdakı rəqibi "İnter”dir. Sünii örtüklü meydanda istədiyiniz nəticəni əldə edə bilərsiz?
- "İnter”lə 3 oyun oynamışıq və bir xal götürmüşük. Bu da onu deyir ki, işimiz çətin olacaq. Süni meydanda oynamaq doğurdan da ağırdır. Ancaq qalib gəlməyə çalışacağıq.
- Yavaş-yavaş əsas heyətdə yer alırsımız. Demək olar ki, Qurban Qurbanovun etimadını doğrultdunuz?
- Sağ olsun Qurban müəllim, etimad göstərir, oyunlara buraxır. Mən də çalışıram ki, onun etimadını doğruldum.
- Bakıda keçiriləcək İslamiadada yığma komandamız da iştirak edəcək. Lazım gələrsə, millimizə kömək etmək istəyirsiniz?
- Dəvət etsələr, millinin hər bir oyununa istəyərək gedərəm, kömək edərəm. İslamiada maraqlı olacaq. Ancaq bu dəqiqə fikrimiz çempionat və kubokdadır.