Azərbaycan Premyer Liqasının XXVI turunda Gəncədə "Qəbələ” ilə görüşəcək "Kəpəz” bu gündən hazırlığa start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda hazırlaşan komandanın ilk məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında olub.
Bu gün keçirilən çalışmalarda yüngül zədəsi olan Dario Frederiko iştirak etməyib. Braziliyalı sabahdan komandaya qoşulacaq.
"Sarı-göylər” aprelin 13-ü və 14-də "İnter Arena”da məşq edəcəklər. Hazırlıq prosesləri saat 10:30-da başlayacaq. Nizami yurdunun təmsilçisi oyundan öncəki son məşqini doğma meydanda keçirəcək.
Qeyd edək ki, aprelin 16-da keçiriləcək "Kəpəz” – "Qəbələ” oyunu saat 16:00-da başlayacaq.