1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a "Trabzonspor", "Qəbələ"yə "Ayntraxt"
"Qarabağ" və "Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandalarının Türkiyədə keçiriləcək "İzmir Cup" turnirində rəqibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, aprelin 13-də start götürəcək yarışda Ağdam təmsilçisinin əsas rəqibi "Trabzonspor" olacaq. Qrupda "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 komandaları da yer alacaq.
"Qəbələ" isə ardıcıl olaraq, "Berqama İzmir”, "Kamalpaşa 1923”, Almaniyanın "Ayntraxt” (Essen), "Altınordu” və Muğla yığması ilə üz-üzə gələcək.
Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcək ki, bu raundun oyunları 14 - 15 apreldə keçiriləcək.
Qeyd edək ki, "İzmir Cup"da İspaniyanın "Atletiko" və "Atletik", Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "Berlin", İtaliyanın "Torino, Türkiyənin "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klublarl da iştirak edəcək. Ənənəvi turniri hər il "Altınordu" klubu təşkil edir.