1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "16-lıq"dan kənarda qaldı
Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında "İzmir Cup” turnirində növbəti mərhələlərin oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, İzmirdəki yarışda mübarizə aparan "Qəbələ”nin U-12 komandası öncə 1-32-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayıb. E qrupunda çıxış edən Zaur Hacıyevin baş məşqçisi olduğu komanda "Altay”a (Türkiyə) 0:3, "Krasnodar”a (Rusiya) 0:1 hesabı ilə uduzub. Son turda "İnegölspor”la (Türkiyə) qarşılaşan "qırmızı-qaralar” Ömər Qurbanovun qolu ilə qalib gəlib – 1:0. Bu qələbə "Qəbələ”nin yüksək yerlər tutması üçün kifayət etməyib.
Qrupda 4-cü olan komanda növbəti mərhələdə 17-32-ci yerlər uğrunda mübarizə aparmalı olub. "Qəbələ” bu raundda C qrupundakı ilk rəqibi "Antalyaspor” (Türkiyə) üzərində 4:0 hesablı qələbə qazanıb. Eşqin Əhmədov və Okan Təhməzli hərəyə 2 dəfə fərqləniblər. Kosovonun "El Klassiko” klubunu 3:1 hesabı ilə məğlub edən "qırmızı-qaralar” Murad Musayevin 2, Ömər Qurbanovun 1 qoluna sevinib. Qrupdakı son rəqib "Gümüşordu” (Türkiyə) olub. Elmir Hüseynli və Okan Təhməzlinin qolları komandaya 2:1 hesablı qələbə qazandırıb.
Ardıcıl 3 qələbə qazanan "Qəbələ” bu qrupda 1-ci yeri tutub. Bu gün keçiriləcək final mərhələsində "Qəbələ” 17-24-cü yerlər uğrunda mübarizə aparacaq. Bu mərhələdə B qrupunda çıxış edəcək komandamız "Tuzlaspor”, "Hamborn” və "Şiltigeym” ilə qüvvəsini sınayacaq.