"Məğlub durumda ola-ola son saniyələrdə qol vurmaq bizi sevindirir. İnanıram ki, qazanılan bir xal avrokuboklara yollanmağımızda bizə çox kömək olacaq. Ancaq qarşıda hələ iki oyun var". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”nin kapitanı Elvin Məmmədov "Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra deyib.
Yarımmüdafiəçi "Sumqayıt”la müqayisədə daha üstün futbol oynadıqlarını bildirib: "Kənardan hər şey daha yaxşı görünür. Qol vurmaq üçün çox şansımız var idi. İlk yarıda daha çox qol şansımız oldu. Amma dəyərləndirə bilmədik, əksinə qolu "Sumqayıt” vurdu. Buna baxmayaraq matçdan qopmadıq və son saniyələrdə olsa belə, qolumuzu vurduq”.