1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"dən 2 rekord
Azərbaycan Premyer Liqasının XXVI turunda "Sumqayıt”la 1:1 hesablı heç-heçə edən "Zirə” iki rekorda imza atıb.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qəsəbə klubu cari mövsümdə ardıcıl 4 oyunda heç-heçə edən ilk komanda olub. XXIII turda "Qarabağ”la qolsuz bərabərə qalan Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Qəbələ”, "İnter” və "Sumqayıt”la görüşlərdə eyni – 1:1 hesablı sülhə imza atıb.
Bunadək mövsümün heç-heçə rekordu ardıcıl 3 bərabərlik əldə edən "İnter”, "Kəpəz”, "Qəbələ” və "Zirə”yə məxsus idi. Sonuncular bu seriyasını 4-ə çatdırmaqla həm də klub tarixinin rekorduna imza atıb. Bakılılar indiyədək ardıcıl 4 matçda 1 xal qazanmamışdı. "Qəbələ” də XXVI turadək ardıcıl 3 heç-heçə etsə də, bu seriya "Kəpəz”lə səfər matçındakı 0:2 hesablı məğlubiyyətlə qırılıb.