1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şehiçdən 100-cü oyun
"Qarabağ” komandasının qapıçısı İbrahim Şehiç futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. Qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/2014 mövsümündən "Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.
29 yaşlı oyunçu Azərbaycan çempionatları tarixində 100 və daha çox matça çıxan 2-ci legioner qapıçı olub. İndiyədək yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. "İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm Azərbaycanda çıxış etmiş gürcüstanlı legioner bu oyunlarda 91 top buraxıb.
Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.
Qeyd edək ki, "Qarabağ" "İnter"i 3:0 hesabı ilə yenərək, ardıcıl 4-cü mövsüm çempion olub.