
"Qarabağ”ın çempion olacağına inanırdım. Çünki neçə ildir ki, Azərbaycanda ən güclü futbol oynayan "Qarabağ”dır. "Qəbələ” sabiq komandama qarşı çox yaxşı mübarizə apardı”. Bunu Sportnet.az-a açıqlamasında Ulrix Kapolonqo cari mövsüm Azərbaycan çempionu adını qazanmış "Qarabağ” haqda danışarkən deyib.
2013/2014 mövsümündə Ağdam təmsilçisinin heyətində forma geyinmiş 27 yaşlı hücumçu bu mövsüm qızıl medallara sahib çıxan "Qarabağ”ın növbəti illərdə də ən güclü olacağına inandığını deyib: "Qarabağ”da olmasam da, komandanın çıxışını izləyirdim. "Qarabağ” dördüncü ildir ki, qızıl medallara sahib çıxır. Fikrimcə, "Qarabağ” qarşıdakı illərdə də çempionluq sevinci yaşayacaq. Çünki bu komanda hamıdan güclüdür”.