
Azərbaycan Premyer Liqasının XXVII turundan "Neftçi”ni qəbul edəcək "Zirə”nin heyətlə bağlı problemi yaranıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, müdafiəçiı Adil Nağıyev cəza üzündə Avropa Liqasına vəsiqə uğrundan vacib matçda iştirak edə bilməyəcək.
Zədədən əziyyət çəkən qapıçı Anar Nəzirov, müdafiəçi Sadiq Quliyev və yarımmüdafiəçi Yovan Krnetanın isə oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, aprelin 23-də keçiriləcək "Zirə” – "Neftçi” oyunu saat 17:00-da başlayacaq.