17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun paytaxtı Podqoritsada təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.
Yığmamız turnirdə növbəti oyununu aprelin 29-da, saat 13.00-da Qazaxıstan komandasına qarşı keçirəcək.
Qeyd edək ki, millimiz ilk oyunda Bosniya və Herseqovinaya da eyni hesabla uduzub.