Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradonanın rəfiqəsi Rosio Oliva karyerasında ilk qolu əllə vurub. Sportnet.az-ın məlumatına görə, bu, Argentina B Seriyasında Olivanın şərəfini qoruduğu "Ekskursionistas"la "Kamioneros" komandaları arasındakı görüşdə baş verib.
Rpsionun hesabı açdığı görüşdə "Ekskursionistas" böyük hesabla qalib gəlib. Lakin qarşılaşmanın ardından "Kamioneros"un oyunçuları və məşqçiləri onun karyerasındakı ilk qolu əllə vurduğunu iddia ediblər.
Qeyd edək ki, Dieqo Maradona da 1986-cı il dünya çempionatının 1/4 final matçının 51-ci dəqiqəsində İngiltərənin qapısına əllə qol vurub. Baş hakim qolun başla vurulduğunu iddia edərək, qolu hesaba alıb. Qarşılaşma Argentinanın qələbəsi ilə yekunlaşıb - 2:1.