1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqası: “Yuventus” səfərdə qalib gəldi - YENİLƏNDİ
Futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Fransa təmsilçisi "Monako” İtaliya "Yuventus”unu qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Qonsalo İquain vurub.
Bununla da "Yuventus" finala vəsiqəni böyük ölçüdə təmin edib. Bunun gerçəkləşməməsi üçün mayın 9-da İtaliyada keçiriləcək cavab görüşündə "Monako" 2 topluq fərqi aradan qaldırmaq kimi çətin vəzifənin öhdəsindən gəlməlidir.
Qeyd edək ki, bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/1998 mövsümündə yarımfinalda, 2014/2015 mövsümündə isə 1/4 finalda "knyazlıq klubu"nu mübarizədən kənarlaşdırıb.
"Yuventus” indiyə qədər ÇL-də 11, "Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
3 may
22:45. "Monako” (Fransa) – "Yuventus” (İtaliya) - 0:2
Qol: Qonsalo İquain, 29; 79
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Monako. II Lui stadionu
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə İspaniyanın "Real Madrid" və "Atletiko" klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.