Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə Hollandiya "Ayaks”ı Fransa "Lion”unu qəbul edib. "Amsterdam Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Qollardan 2-ni Bertrand Traore vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda İspaniyanın "Selta" klubu İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Oyun mayın 4-də keçiriləcək. Cavab görüşləri isə mayın 11-də olacaq.
-------------------------------------------------
Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Hollandiyada "Ayaks”la Fransanın "Lion” komandası üz-üzə gələcək.
"Ayaks” yarımfinalçılar arasında turnirin qalibi olan yeganə komandadır. Amsterdam təmsilçisi 1991/92 mövsümündə UEFA Kubokunu qazanıb. Üstəlik, "Lion” bu kollektivlər arasında baş tutan 4 avrokubok matçının heç birində qələbə qazanmadığı halda, hollandlar fransızları 2 dəfə üstələməyi bacarıb.
Avrokuboklara ardıcıl 12 oyundur evdə uduzmayan "Ayaks” 6 qarşılaşmadan qalib ayrılıb. "Lion” isə son 6 səfər görüşündən 5-də qol vurmağa müvəffəq olub.
Qeyd edək ki, digər yarımfinal görüşü mayın 4-də İspaniyada "Selta” ilə İngiltərə təmsilçisi "Mançester Yunayted” arasında olacaq.
Avropa Liqası
Yarımfinal, ilk oyun
3 may
20:45. Ayaks (Hollandiya) – "Lion” (Fransa) - 4:1
Qol: Bertrand Traore, 25; 71. Kasper Dolberq, 34. Amin Yunes, 49 - Matyö Valbuena, 66
Baş hakim: Canluka Rokki (İtaliya)
"Amsterdam Arena”