
Şotlandiya çempionatının yüksək liqasında qalmaq uğrunda pley-off mərhələsinin 2-ci turunun "Kilmarnok" - "Dandi" matçında baş hakim yan xətt hakiminə qırmızı vərəqə göstərib.
Sportnet.az xəbər verir ki, oyun zamanı laynsman Endi Makvilyam özünü pis hiss edib. Ürəyi bulanan Makvilyamı baş hakim Kreyq Tomson zarafatla oyundan kənarlaşdırıb.