"Qəbələ"dən gedəcəyimi hər dəfə mətbuatdan oxuyuram. Bir daha bəyan edirəm. Heç kimdən çəkinəcəyim də, qorxacağım da yoxdur. Yalan da demirəm. Hələ təklif gəlməyib, söhbət etməmişik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" ilə müqaviləsi başa çatan futbolçu Rəşad Sadiqov deyib. 34 yaşlı yarımmüdafiəçi az məbləğ təklif olunduğu üçün klubu tərk edəcəyi barədə xəbərlərə təəssüfləndiyini bildirib: "Söhbətlər çıxıb ki, guya az pul təklif olunduğu üçün gedirəm. "Qəbələ"nin müqaviləsinə 2,5 il ərzində 3 dəfə qol çəkmişəm. Hələ indiyədək onlara məbləğ deməmişəm, özləri deyiblər. Qol çəkərək, çıxıb getmişəm. Amma az məbləğ təklif olunduğunu və buna görə yeni anlaşmadan imtina etdiyimi oxuduqda çox pis oldum".
Sadiqov "Qəbələ"də qalmağa çalışacağını diqqətə çatdırıb: "Açığı, hələ yeni müqavilə ilə bağlı söhbət etməmişik. İslamiadaya görə qalmışdı. Yəqin ki, çağırarlar, söhbət edərik. Çağırmazlarsa, canları sağ olsun. Başqa təkliflər var. Sadəcə, 6 aydan bir klub dəyişməyi xoşlamıram. Başqasından az məbləğdə olsa belə, çalışacağam ki, "Qəbələ"də qalım".