Milli Ordunun yaranmasının 100-cü ilində Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən MOİK heyəti gücləndirib.
Sportnet.az-ın məlumatına görə, "hərbçilər" son mövsümdə 25 qolla "Turan Tovuz"un ən məhsuldar futbolçusu olan Rəhman Musayevi sıralarına qatıb.
Təcrübəli forvard ilə 3 illik rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, I divizionda ötən mövsümün bombardiri 27 qolla "Zaqatala”nın hücumçusu Oruc Balaşlı olub.








































































