1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dino Ndlovu: "Çempionatımız zəifdir" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Dino Ndlovu 5 qol vurduğu "Bakı" ilə yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandanın hazırlıqları necə gedir?
- İndidən hazırlıq barədə danışmaq tezdir. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə lazımdır. Bu müddətdən sonra istədiyimiz səviyyəyə çata bilərik.
- Bu matçda 5 qol vurdun. Ümumiyyətlə, "Bakı” haqqında məlumatın varmı?
- Bəli. Baxmayaraq ki, hazırda həvəskarlar liqasındadırlar, amma bir zamanlar böyük klub olması haqqında məlumatlıyam. Bu gün (dünən – red.) yaxşı oyun sərgilədilər. Əsasən gənc futbolçulardan təşkil edilmiş heyətləri var. 5 qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə həmin gənc heyəti bu gün göstərdiyi oyuna görə alqışlayıram.
- Cənubi Afrika millisinin sabiq baş məşqçisi ilə aranda problem yaşanmışdı və bu səbəbdən yığmaya çağırılmırdın. İndi baş məşqçiniz dəyişilsə də, yenə də milliyə dəvət olunmursan...
- Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransada, Türkiyədə oynayır. Hətta ölkə çempionatımızda da güclü hücumçu var və qollarını sıralayır. Sizcə, hansı baş məşqçi elə çempionatlarda çıxış edən hücumçunu deyil, nisbətən zəif çempionatda oynayan futbolçunu milliyə dəvət edər? Amma buna baxmayaraq, baş məşqçi ilə danışığım olub və o, mənə deyib ki, indiki kimi davam etsəm, qollarımı sıralasam, milliyə çağırılma şansım olacaq. Azərbaycanı, klubumu sevirəm, hörmət edirəm, amma digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdir.
- Adı "Qarabağ”la hallanan Tokelo Ranti ilə yaxınsan. Onunla "Qarabağ”a keçmək barədə söhbət etmisənmi?
- Bəli, o, mənim dostumdur. Amma bu barədə söhbətimiz olmayıb (qol.az).