
47 yaşlı mütəxəssis komandasının mövsümdəki ilk qələbəsinə belə şərh verib: "İlk turlarda da demişdim ki, öz oyunumuzu göstərmək üçün hələ zamana ehtiyacımız var. Lakin bugünkü oyun da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam uyğunlaşmayıb. Qələbə bizə çox vacib idi. Deyə bilmərəm ki, bu bizim üçün dönüş nöqtəsidir. Mövsüm uzundur, komandada özünəinam hissinin olması üçün qalib gəlməli idik. Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya qoşulacaqlar. İlk oyunda Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdür ki, komandadır. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyun ilə dönüş yarada bilir”.