Fransanın "Lans” klubunun futbolçusu Abib Abibu şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib.
Sportnet.az-ın "Soir” nəşrinə istinadən veridiyi məlumata görə, buna səbəb 30 yaşlı hücumçunun yol hərəkəti qayadalarını pozmasıdır.
Beş il müddətinə sürücülük vəsiqəsindən məhrum edilən A.Abibu 12 min avro məbləğində cərimə də ödəyəcək.
Qeyd edək ki, Abib Abibu bu ilin may ayında avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etdiyi və təhlükəsizlik kəmərini taxmadığı üçün saxlanılıb. Onun 34-cü dəfə bu cür nöqsana yol verdiyi, eləcə də ümumilikdə 84 dəfə yol hərəkəti qayadalarını pozduğu bildirilir.