1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA Neymarın transferini qanunu saydı
FİFA Neymarın Braziliyanın "Santos” klubundan İspaniya təmsilçisi "Barselona”ya keçidini qanuni sayıb.
Sportnet.az-ın "Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun maraqlarını qoruyan "N&N Consultoria” şirkəti məlumat yayıb.
Bildirilir ki, Neymarın keçidinin qaydalar çərçivəsində reallaşmasına dair qərar iyulun 11-də qəbul olunub.
"Santos”un qərarın səbəbini FİFA-dan istəmək üçün 10 gün vaxtı var. Klub bundan sonra qərardan şikayət edə bilər.
Qeyd edək ki, "Santos” klubu 2015-ci ilin mayında FİFA-ya şikayət edib. Braziliya təmsilçisinin rəsmiləri "Barselona”, Neymar və N&N Consultoria” şirkətinin transfer reqlamentinin şərtlərini pozduqlarına əmindirlər. Klub bəyan edib ki, Neymarın transferindən 17 milyon avro əldə edib. "Barselona”nın ödədiyi məbləğin əsas hissəsi – 58,5 milyon avro isə hücumçu ilə şirkətə çatıb.
Neymar 2013-cü ilin mayında "Barselona”ya transfer olunub. Onun İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var.