Azərbaycan I Divizionunda çıxış etmək üçün daha bir komanda müraciət edib. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə, həmin komandanın adı "Göyçə"dir.
Daha öncə "Binə"nin də eyni istəklə PFL-ə baş vurduğunu xatırladan R.Musayev artıq I Divizionda iştirakçı sayının 12-yə yüksəldiyini bildirib. O, qarşıdakı mövsümdə aşağı liqanın daha maraqlı keçəcəyini əlavə edib.
Premyer Liqanın püşkatma mərasimi isə avqustun 1-də və ya 2-də olacaq. R.Musayev tədbirin gecikməsini hazırda 4 klubun avrokuboklarda mübarizəni davam etdirməsi ilə əlaqələndirib.







































































