
Slovakiyanın "Jilina" və Türkiyənin "Trabzonspor" klubları arasında yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, qarşılaşma qara dənizlilərin Slovakiya toplanışı çərçivəsində baş tutub.
Görüş "Trabzonspor"un qələbəsi ilə yekunlaşıb. "Jilina"nın heyətində "Trabzonspor"dan cari mövsümün sonunadək icarəyə götürülmüş Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də meydana çıxıb. O, ikinci hissədə oyuna daxil olsa da, qol vura və hazırkı komandasının məğlubiyyətinə əngəl ola bilməyib.