"Qarabağ”ın Çempionlar Liqasının "pley-off" mərhələsində Danimarkanın "Kopenhagen” klubuyla qarşılaşacaq.
Sportnet.az xəbər verir ki, ölkəsinin ən titullu klubu olan paytaxt təmsilçisi 1992-ci ildə yaradılıb. 12 dəfə ölkə çempionatının qızıl medallarını qazanan rəqibi 8 dəfə ölkə kuboku və 3 dəfə də Danimarka Superkubokunun qalibi olub.
Rəqib avrokubokların qrup mərhələsində (4 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqası) ən çox iştirak edən Danimarka klubudur. 2010/11-ci illər mövsümündə "Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın 1/16 finalına vəsiqə qazanıb və klub tarixində ən böyük uğurunu əldə edib. UEFA klubların reytinq cədvəlində Skandinaviya ölkələri içərisində ən yüksək xala malikdir.
"Kopenhagen” ev oyunlarını 38 min 65 nəfərlik "Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində legioner çıxış edir (4 isveçli, 2 serbiyalı, 1 norveçli, 1 kiprli, 1 sloveniyalı, 1 slovakiyalı, 1 paraqvaylı və 1 çexiyalı). Komandaya Stale Solbakken başçılıq edir. Klubun prezidenti isə Bo Riqarddır.
Bu il Çempionlar Liqasın II təsnifat mərhələsindən mübarizəyə başlayan "Kopenhagen” Slovakiyanın "Jilina"(3:1, 1:2), daha sonra isə Makedoniyanın "Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdıraraq pley-off-a vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyunu 15-16 avqustda Bakıda, cavab qarşılaşması isə 22-23 avqustda səfərdə keçiriləcək.