Azərbaycan milli komandasının və Slovakiyanın "Jilina” klubunun futbolçusu Ramil Şeydayev "Qarabağ”ın Çempionlar Liqasının "pley-off” mərhələsində Danimarka çempionu "Kopenhagen”lə düşməsi ilə bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, 23 yaşlı hücumçu "facebook” səhifəsində bunları yazıb: "Biz bacarmadıq, inşallah, "Qarabağ” bacaracaq”.
Qeyd edək ki, "Kopenhagen” II təsnifat mərhələsində "Jilina”nı mübarizədən kənarlaşdırıb (3:1, 1:2).