I Divizionda debüt edəcək "Binə" daha bir futbolçu ilə heyətini gücləndirib.
Sportnet.az xəbər verir ki, təcrübəli qapıçı Amil Ağacanov 2017/2018 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Simurq”, AZAL, "Muğan”, "Standard” kimi klubarın formasını geyinən Ağacanov ötən mövsüm I Divizion təmsilçisi "Zaqatala”da çıxış edib.









































































