
"Xəzər Lənkəran" klubu Topaz Premyer Liqasıın V turunda "Neftçi" ilə keçirəcəyi səfər matçına Bakıda davam etdirir. Sportnet.az-ın məlumatına görə "İnter"lə ev oyunundan sonra qısamüddətli istirahətə buraxılan komanda artıq üç gündür məşqlərə davam edir.
Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanov Azərbaycan milli komandasının, Ağabala Ramazanov U-21 millisinin, Alfred Sanko isə Syerra Leone yığmasının heyətində, Orxan Sadıqlı isə zədəli olduğu halda, bütün digər futbolçular baş məşqçi Oğuz Çetinin rəhbərliyi altında hər gün 2 məşq keçməklə növbəti tura hazırlığı davam etdirirlər.