"Qarabağ" - "Kopenhagen" matçının 86-cı dəqiqəsində maraqlı hadisə baş verib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın 4-cü hakiminin göstərişi ilə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "nakitka" geyinib.
Buna səbəb 45 yaşlı mütəxəssisin köynəyinin "Qarabağ"ın forma rəngi ilə bənzər olmasıdır.
Qeyd edək ki, görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.