Yeni mövsümə hazırlaşan "Şüvəlan" komandası daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, Aqil Nəbiyevin baş məşqçi olduğu kollektiv "AZAL Arena"da MOİK-i qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. "Şüvəlan"ın qollarını Şahin Belejani, Şahin Əliyev, Elvin Həsənəliyev və Hüseyn Axundov vurub.








































































