1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Qriqorçuk Əliyar Ağayevdən narazı qaldı
"Komandamdan çox razıyam. Çünki qələbə qazandıq. Komanda udanda həmişə yaxşı əhval-ruhiyyədə olur. Ötən mövsüm 10-dan artıq matç oldu ki, üstün oynasaq da, xal itirdik. İndi qalib gəlmişiksə, narahat olmağa dəyməz. Nəticə məni sevindirir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Cavid Hüseynovun durumu ilə bağlı nə deyə bilərsiniz?
- Özü oynamaq istəyirdi. Dünən də məşqdə istəyini göstərdi. Lakin risk etmək istəmədik. Boğaz ağrıları və qızdırması var idi. Bu səbəbdən, oynamamasına dair qərar verdik.
- Bir neçə epizod oldu ki, əks-hücum zamanı Filip Ozobiç əlverişli mövqedə olan komanda yoldaşına ötürmə vermədi...
- Təkcə Ozobiçlə bağlı epizodlar olmadı. Elə epizodlar oldu ki, onlardan narazı qaldım. Sürətli hücumlarda daha düzgün oynaya bilərdik. Amma bəzilərində daha ağıllı qərarlar verdik.
- Növbəti tur "Qarabağ"la oynayacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- "Qarabağ”la keçirəcəyimiz növbəti matç çox ciddi olacaq. Çünki top-komanda ilə görüşəcəyik. Bu matçlar həmişə maraqlı olub. Qarşılaşmaya ciddi hazırlaşacağıq. Necə olacağını isə avqustun 26-da görəcəyik.
- "Qarabağ"ın "Kopenhagen"lə oyunu olacaq. Bu baxımdan "Qəbələ"yə üstünlük vermək olarmı?
- Belə söhbətlərə təəccüblənirəm. Burada heç bir problem görmürəm. Mən özüm də avrokuboklarda oynamaq istəyərəm. Bu, komandanı inkişaf etdirir. Təqvimimiz çox yaxşıdır, ondan da razıyam və heç bir problem görmürəm. Avrokuboklarda oynayan komandanın üstünlüyü olur. Çünki onlar daha ciddi rəqiblərlə oynayır və tam hazır durumda olurlar. Bu baxımdan, təqvimdə heç bir problem görmürəm və əksinə, "Qarabağ" üçün üstünlük görürəm. Komanda yaxşı komplektləşsə, bütün bunlar keçərlidir. Bəzi çatışmazlıqlar olsaydı, siz deyən kimi ola bilərdi.
- Oyunun gedişində mübahisəli epizod oldu və baş hakim Əliyar Ağayev heç cərimə zərbəsi də təyin etmədi. Ümumiyyətlə, ötən mövsüm də çoxlu lazımsız xal itirdiyinizi dediniz. Sizcə, referinin bu qərarı davam edən haqsızlığın başlanğıcıdımı?
- Öncədən hakimlik haqda danışmaq istəmirdim. Adətən qırmızı vərəqə, penaltilər barədə danışırlar. Lakin bu gün kiçik qayda pozuntularını qeydə almadı. Çox da nəzərə çarpmayan belə epizodlara görə hakimlikdən narazı qaldım. Meydanda nələr baş verdiyini gördüm. Futbolçumuzun formasından tururlar, dirsək vururlar, referi isə vərəqə də vermir, oyunçularla söhbət edir. Qırmızı vərəqə və ən azı 3 sarı vərəqəni göstərməli idi.
- Oyunda yeganə qolu vuran Telur Mütəllimov barədə nə deyə bilərsiniz?
- Tellur Mütəllimov üçün qələbə qolunu vurması yaxşı oldu. Onun zədələndiyi vaxtda da biz onun top-komanda səviyyəsində oynayacağına şübhə etmirdik. Həmişə arzulamışam ki, yaxşı cinah müdafiəçilərim olsun. Qol vuran Tellurun oyunu məni sevindirdi. İkinci hisdəki oyununu xüsusi qeyd edərdim. Onun bir epizoddakı hərəkəti məni məmnun etdi.
- Yeni transferlər etməyi düşünmürsünüz?
- Xeyr. Yeni oyunçuları götürəndə universal futbolçu istəyirdik. Amma indiki komanda ilə qış fasiləsinə qədər irəliləyə bilərik. Təbii ki, zədələr də olmasın. Amma İlqar Qurbanovun zədəsi ciddi olsa, böyük itki olacaq. Çünki o da yerli statusa malik oyunçudur. Onun da ayağında sınıq olduğu ehtimal edilir. Belə zədələr olmasa, qışadək çətinliklə üzləşməyəcəyik.