
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xorvatiyadan Andrey Panadic və Boris Kubla, Norveçdən Petter Rudi, İtaliyadan isə Marco Scarpa sentyabrın 9-da "Bakcell Arena"da olacaqlar.
Qeyd edək ki, oyun saat 21:00-da başlanacaq.