
Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra "Qarabağ” klubu özünün bəzi azarkeşlərinə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı klub rəsmi Feysbuk səhifəsində açıqlama yerləşdirilib. Azarkeşlərdən rəqiblərin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmamaları, öz əxlaq və mədəniyyətləri ilə örnək olmaları istənilib: "Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində "Çelsi” (İngiltərə), "Atletiko” (İspaniya) və "Roma” (İtaliya) komandalarına rəqib olub.