1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yaxşı oğlanın artıq çəkisi olar" - MÜSAHİBƏ
Bakı "İnter"inin futbolçusu Nizami Hacıyev "Səbail"i 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, yeganə qolun müəllifi jurnalistlərin suallarını cavablandırıb...
- Oyunboyu hücum edən tərəf "Səbail" idi, buna baxmayaraq, 3 xalı "İnter" qazandı qazandınız. Bununla bağlı nə deyə bilərsən?
- Mən deyərdim bugünkü "Səbail"lə oyunumuz çox da ürəkaçan olmadı, baxmayaraq ki, 3 xalı qazandıq. Rəqibin aktivliyini qeyd edərdim, yəni çox yaxşı oynadılar. Oyundan sonra hətta onların məşqçilərinə öz fikirlərimi bildirdim ki, "Səbail" həqiqətən yaxşı, mübariz komandadır. Xeyli epizodlar yaratdılar. Ancaq xoşbəxtlikdən bu gün sevinən tərəf biz olduq. Vacib olan 3 xalı qazandıq.
- Oyundan sonra "Səbail"in litvalı müdafiəçisi Eqdaras Zarskis ilə nədən danışırdın?
- Yadınızdadırsa, "İnter"də futbolçu Robertas Poşkus vardı. Zarskis onun dostudur, qohumudur bilmirəm. Onun salamlarını çatdırırdı. Başqa heç nə.
- Robert Prosineçkiyə nə sözün var?
- Prosineçkiyə bircə sözüm var: ona uğurlar arzulayır və millidən yalnız qələbə gözləyirik. İnanıram ki, "Qarabağ" necə ki, bizi layiqincə təmsil etdi, elə də Azərbaycan millisi bizi sevindirər.
- Klubda nəsə müsbət şeylər baş verir, yoxsa elə 1 ay əvvəl necə idisə elə də qalır?
- Əlbəttə, klubda vəziyyət stabilləşir. Baş məşqçi yaxşıdır, hər şey yüksək səviyyədədir. Rəhbərlik lazım olan qayğını göstərir. Düzdür, çatışmayan şeylər var, bunun da aradan qaldırıldığı hiss olunur. Əsas odur ki, qış transfer pəncərəsi dövrünə qədər əlimizdən gələni edib adımıza layiq oyun nümayiş etdirək.
- "İnter" dekabradək dözə biləcəkmi?
- Əlbəttə (gülür). Biz 3 ildir pulsuz oynayırıq. O qədər çətinliklərlə üzləşirik ki, mən deyərdim 15 nəfərlə dekabra kimi oynamaq olar.
- Rauf Əliyev barədə nə deyə bilərsən?
- Mən ona uğurlar arzulamışam. Raufun getməyi bir tərəfdən üzücüdür. Çünki o, aparıcı oyunçulardan idi. Keçən il bombardir də olub. Çox dəyərli futbolçudur və dəyərli dostumuzdur. Ona uğurlar arzulayıram. Baxmayaraq ki, bizi tərk edib, amma yenə də ürəyimizdə, qəlbimizdədir.
- Artıq çəkinlə bağlı nə deyə bilərsən?
- Yaxşı oğlanın çəkisi olar (gülür)
- Köhnə formalarla oynamaqdan bezmirsiniz?
- Rəhbərimiz Zaur Axundov söz verib ki, formalar dəyişiləcək.