Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq Azərbaycan milli komandası Osloya yola düşüb.
Sportnet.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə səfərə çıxıb. Yığma ilə birgə Skandinaviya ölkəsinə veteran futbolçular - AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov da uçub.
Qeyd edək ki, sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.