
AZAL klubu yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "AZAL Arena”da baş tutan matçda əsas komanda əvəzedicilərlə qarşılaşıb.
"1-ci komanda” hər hissədə 3 qol vuraraq yekunda 6:0 hesablı qələbə qazanıb. Qolları Rəşad Abdullayev (12-p.), Təmkin Xəlilzadə (35; 40), Con Kordoba (62) və Freddi Mombonqo (64; 72) vurub.
Qeyd edək ki, bu gün istirahət edəcək AZAL sabahdan birbaşa Premyer Liqanın V turunun "Qarabağ”la görüşünün hazırlığına start verəcək.