Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello Azərbaycan yığması ilə yoldaşlıq görüşündə azarkeşlərin az olması məsələsinə toxunub. Spornet.az-ın məlumatına görə, italiyalı mütəxəssis tamaşaçı marağının azlığını tıxac problemi ilə əlaqələndirib.
O deyib: "Harda oynayacağımızı biz seçmirik və bizim üçün əsas olan oynayacağımız stadionda qazonun yaxşı vəziyyətdə olmasıdır. Azərbaycan yığması ilə görüşdə azarkeşin az olması fikri ilə razıyam, amma bunda tıxac probleminin də rolu var idi”.
Qeyd edək ki, sentyabrın 3-də ”Ximki Arena"da baş tutmuş görüş şimal qonşularımızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.