
Görüş "birincilər"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları braziliyalı futbolçular - bu yaxınlarda əvəzedici heyətdən geri qaytarılan Dodo (2) və yeni transfer Markinyos vurub. Bu oyundan sonra bir günlük istirahət verilən komanda hazırlıqlarını sabah davam etdirəcək. Milli komandaların düşərgəsində olan futbolçular və zədəli Vladimir Levindən başqa bütün oyunçular məşqlərdə iştirak edəcək.