UEFA-nın dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində gənc futbolçuların aerob (ümumi dözümlülük) inkişafı üzrə seminar keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda səfərdə olan UEFA təlimçiləri - Loik Borie və Jan-Fransua Domerkin rəhbərlik etdiyi seminarda milli komandalarda və klublarda işləyən məşqçilərlə həkimlər iştirak ediblər.
Sonda gənc futbolçular test (VAMEVAL) veriblər.









































































