
Topaz Premyer Liqasının V turunda AZAL-ın qonağı olacaq "Qarabağ"ın heyətinə əvəzedici komandadan 5 yeni futbolçu çağırılıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli və Fuad Məmmədzadədir.
Bununla da əsas heyətlə məşqlərdə iştirak edən futbolçuların sayı 16-ya yüksəlib. Onlar gün ərzində bir məşqlə kifayətlənirlər. "Qarabağ"ın azlıqda qalması isə oyunçularının müxtəlif yığmaların düşərgəsində olmaları ilə bağlıdır.
Qeyd edək ki, AZAL və "Qarabağ" arasındakı oyun sentyabrın 13-də keçiriləcək.