
O, komandasını ağır oyunun gözlədiyini bildirib. "Ludoqorets"də çıxış edən qolkiperin fikrincə, baş məşqçi Lyuboslav Penev onları qələbə qazanmağa məcbur etmir ki, bu da əsas fərqləridir: "Gəlin, hələ ilk oyunadək hesab barədə danışmayaq. Öncə qalib gələk, sonra bu barədə danışarıq".
Stoyanov zədəli kapitan İvelin Popovun yoxluğuna da münasibətini açıqlayıb: "Popov komandamızın lideridir və yoxluğu açıq-aşkar görünəcək. Amma bizdə onu əvəzləyə biləcək futbolçular var. Ümidvaram ki, əvvəlki oyunlarımızdan dərslər almışıq və Avropa çempionatına vəsiqəyə iddia edə bilərik".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.