
Bertuççi klubun rəsmi saytına açıqlamasında artıq məşqlərə başlaya biləcəyinə dair həkimlərdən rəy aldığını deyib: "Braziliyada olduğum müddətdə müalicəmin əsas mərhələsini geridə qoydum. Həkimlərin rəyinə görə, artıq məşqlərə başlaya bilərəm. Bu gün komanda ilə birgə hazırlığa qatılacağam. Çalışıram ki, əvvəlki formamı mümkün qədər tez bərpa edim. Qarşıda bizi çətin oyunlar gözləyir. Buna görə də hər matça tam hazır vəziyyətdə çıxmalıyıq”.