Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya ölkə futbolunun hazırkı durumundan şikayətlənib. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis 2016-cı il Avropa çempionatının seçmə qrup matçında İrlandiyaya 1:2 hesablı ev məğlubiyyətindən sonra sərt açıqlamalar verib.
O, son zamanlar səviyyəli legionerlərinin də olmadığını vurğulayıb: "Bu, faktdır ki, Gürcüstan futbolu ağır vəziyyətdədir. Artıq 5-ci ildir milliyə rəhbərlik edirəm. Mənim də əsəblərim var. Ola bilsin, insanları bezdirmişəm. Növbəti oyunlarda hansı nəticələri əldə edəcəyimizə baxacağıq. Həmin matçlara əsasən qərar verəcəyəm. Ola bilsin, postumu tərk etdim. Bundan yığma heç nə itirməyəcək. Qətiyyətlə demirəm ki, qarşıdakı 2 oyunda qalib gəlməsək, gedəcəyəm. Sadəcə, vəziyyətə baxaraq, adekvat qərar qəbul edəcəyik".
Qeyd edək ki, AVRO-2016-da D qrupunda yer alan Gürcüstan millisi növbəti matçlarında Şotlandiya və Cəbəllüttariqin qonağı olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |