
Latviyanin Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, millimiz latviyalı həmyaşıdları ilə qarşılaşıb.
Görüş yığmamızın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emin Zamanov, Mənsur Nəhavəndi, Budaq Nəsirov, Bəhlul Mustafazadə, Vadim Ağarəhimov və Elnur Cəfərov vurub.