"Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının II turu çərçivəsində Bakıda İtaliya təmsilçisi "Roma"ya 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Matçla bağlı nə deyə bilərsiniz?
- İlk 20 dəqiqəni nəzərə almasaq, komandamız yaxşı təsir bağışladı. "Çelsi” ilə oyunu müqayisə etsək, həqiqətən də yaxşı mübarizə apardıq. Hesabı bərabərləşdirmək üçün şansımız olsa da, əvvəllcə top ayağımın altında qaldı. Dino Ndlovunun da son dəqiqələrdə bərabərlik qolunu vurmaq üçün şansı vardı.
- Hücumlar qurulsa da, top istənilən yerə ötürülmürdü. Tələsdiyiniz üçün bu cür oynayırdınız?
- Onlar bizim 12-ci oyunçumuzdurlar. Hətta iki qol buraxandan sonra da bizi dəstəkləyirdilər. Təbii ki, özümüz də Azərbaycan xalqını və ailəmizi sevindirmək üçün xarakter nümayiş etdirməli idik.
- Azarkeşlər bir neçə epizoda hakimlərə çox qəzəbləndilər, narazı qaldılar. Bəs futbolçular necə?
- Hakim portuqaliyalı idi, onunla danışdım, "Roma”nın xeyrinə qərarlar verdiyini dedim. Bildirdim ki, oyunu rəqibin xeyirinə çox saxlayırsan.
- Bu gün vurduğunuz qol gələcək oyunlarda sizə necə motivasiya verə bilər?
- Qol vurmaq o qədər də önəmli deyil. Əsas xarakter nümayiş etdirməkdir. Bunu edəndə qol özü gəlir.