"Qarabağ”ın bugünkü məşqində komandanın qonaqları olub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı Autizm İdman və Yaşam klubu komandanı ziyarət edib, futbolçularla görüşüb və məşqdə iştirak edib.
Görüş xoş anlarla yadda qalıb və sonda xatirə şəkili çəkdirilib.


















































































