
"Neftçi"nin futbolçusu İqnasio Errera övladını itirən "Qarabağ"ın yarımmüdafiəçisi Donald Gerryeyə başsağlığı verib.
Sportnet.az-ın məlumatına görə, çilili oyunçu Haiti yığmasının üzvünə dəstək olub. Errera deyib: "Gerryenin ailəsində itki baş verib. O, övladını itirib. Demək istərdim ki, Donaldın acısı bizim acımızdır. Gerryenin yerində mən də, komanda yoldaşım da ola bilər. Biz onunla birgəyik və sonadək dəstəkləməyə hazırıq. Möhkəm və səbirli olsun".
Qeyd edək ki, Donald Gerryenin yaşyarımlıq qızı ürəktutmasından vəfat edib.