1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Tomas Partey: “Qarabağ”la oyunda yaxşı çıxış etmədik"
"Qarabağ”la oyunda yaxşı çıxış etmədik. İnamımızı itiririk, sona qədər mübarizə aparmaq lazımdır”.
Sportnet.az "Marca”ya istinadən xəbər verir ki, bunu İspaniyanın "Atletiko” komandasının futbolçusu Tomas Partey Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda "Qarabağ”la 1:1 hesablı heç-heçədən sonra söyləyib.
Madriddə "Metropolitano” stadionunda baş tutan matçın 56-cı dəqiqəsində hesabı bərabərləşdirərək yekun nəticəni müəyyənləşdirən 24 yaşlı qanalı yarımmüdafiəçi "Qarabağ”ın qapısına vurduğu qolu da şərh edib. O, şansları olsa da, bəxtlərinin gətirmədiyindən şikayətlənib: "Qol vurmaq üçün komanda şəkilində çalışırıq. Əlimizi yanımıza salmamalı, axıra qədər getməliyik”.
Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi "Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin "Çelsi” komandasının 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. Hazırda uğursuzluq zolağında olan madridlilər ÇL, La Liqa və İspaniya Kubokunda ümumilkdə keçirdiyi son 8 matçdan yalnız 1-də qalib gəlib.