AFFA 11 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatında lisenziyası olmayan oyunçu aşkarlayıb.
Sportnet.az-ın məlumatına görə, həmin futbolçu UGİM (Mingəçevir) komandasının heyətində yer alıb və UGİM (Bərdə) ilə görüşdə iştirak edib.
AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət verib.