"Neftçi"nin futbolçusu Uqo Barqas Topaz Premyer Liqasının XI turunda "Zirə"yə 0:1 hesablı məğlub olduqları görüşdən sonra sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyunun çətin keçəcəyini bilirdik. Yaxşı başladıq. Topu özümüzdə saxlayırdıq. Bu bizdə yaxşı alınırdı. Təhlükəli vəziyyətlərimiz də oldu, lakin fərqlənə bilmədik.
- Dediyiniz təhlükəli vəziyyətləri sizin ifanızda görmədik...
- Söhbət sırf hücumçularan getmir. Ümumən, komanda şəkilində deyirəm. İlk 20 dəqiqədə rəqibdən üstün idik, təzyiq edirdik. Bura yaxşı nəticə üçün gəlmişdik. Təəssüf ki, alınmadı.
- Ardıcıl qələbələrdən sonra ilk "üçlük"də olan komanda ilə qarşı . Belə çıxır ki, "Neftçi" hələ özünə gəlməyib?
- Rəqibimiz gücüldü idi. Xüsusən də ev oyunlarında yaxşı təsir bağışlayırlar. Bura inamla gəlmişdik və inamı itirmirik. Qarşıda fasilə var. İki həftəlik müddətdən istifadə etməyə çalışacağıq.
- Qoldan sonra oyundan qopmağınız nə ilə bağlıdır?
- Elə bu zəif nöqtəmizin üzərində işləməliyik. Son matçlardan fərqli olaraq bu dəfə məğlub duruma düşdük və bunun öhdəsindən gələ bilmədik.
- Qarşıda "Qəbələ" ilə oyununuz var...
- Qəbələ ilə evdə, özü də təbii qazonda oyanaycağıq. Fasilədən istifadə edib daha yaxşı hazırlaşacağıq.