Ukrayna Premyer Liqasının oyunlarından əvvəl dövlət himni səsləndiriləcək. Sportnet.az xəbər verir ki, bununla bağlı qərar Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Beləliklə, 2017/2018 mövsümünün reqlamentinə müvafiq dəyişiklik ediləcək. Bunadək dövlət himni meydan sahibi komandasının istəyinə uyğun olaraq səsləndirilirdi və məcburi deyildi. Premyer Liqada növbəti – XVI tura noyabrın 17-də start veriləcək.
Qeyd edək ki, Azərbaycanda Premyer Liqa oyunlarından əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilir.