İngiltərənin "Çelsi" klubunun texniki direktoru Maykl Emenalo istefa verib. Sportnet.az-ın məlumatına görə, Emenalo 6 ilədək çalışdığı vəzifəni tərk edib.
Nigeriyalı funksionerin fəaliyyətini "Monako"da davam etdirəcəyi bildirilir. "Çelsi"dəki vakant postu isə Frenk Lempardın tutacağı gözlənilir. Britaniya mətbuatı iddia edir ki, hazırda "zadəganlar"ın rəhbərliyi Lempardın namizədliyini fəal müzakirə edir. O, ilin əvvəllərində peşəkar futbolçu karyerasını başa vurub.
Sentyabrın əvvəllərində isə Lempard "göylər"in gənclər komandalarından birində köməkçi-məşqçi postunu tutub.
Qeyd edək ki, Frank Lempard "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçının şərhçisi olub. Londonda meydan sahiblərinin 6:0 hesablı qələbə qazandığı görüşdən sonra o, Ağdam komandasının oyununu tənqid edib.